Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində sakinlərlə səyyar görüş keçirilib

14 mart 2024 | 15:16

Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, şəhid ailələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.

Səyyar görüş zamanı müraciətlər məşğulluq, dam örtüyünün təmir olunmasına kömək, ərazidən sahibsiz itlərin yığışdırılması, qəsəbədaxilli yolların təmiri, məktəb binasında əsaslı təmir-bərpa işlərinin aparılmasına yaranmış zərurət, əraziyə məişət tullantıları üçün əlavə qabların yerləşdirilməsi və digər şəxsi məsələlərlə bağlı olmuşdur.

Səsləndirilən müraciətlərin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələr verilib. Vətəndaş məmnunluğu təmin olunub.

Keçidlər