Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Alaxançallı və Gurbulaq kəndlərində sel sularının ziyan vurduğu daxili yollar və körpülər bərpa olunub

01 avqust 2024 | 17:49

27-29 iyul tarixlərində Daşkəsən rayonu ərazisinə yağan intensiv leysan yağışlarının yaratdığı sel suları nəticəsində bir sıra kəndlərdə daxili yollara, körpülərə və suötürücülərə ciddi ziyan dəyib. 

Daşkəsən Rayon İcra Hakimiyyəti və müvafiq qurumlar tərəfindən Alaxançallı kəndində təbii fəlakətin ziyan vurduğu daxili yollar və körpülər qısa müddət ərzində bərpa edilib. Gurbulaq kəndində isə daxili yollar sel sularının gətirdiyi palçıq və daş kütlələrindən təmizlənib, bəzi yerlərə çınqıl örtüyü salınıb. Bununla da nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti təmin olunub.

Təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Keçidlər