Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Alaxançallı kəndində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib

04 iyun 2024 | 16:35

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Alaxançallı kəndində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Ayaz Allahyarov, FHN-nin Gəncə Regional Mərkəzinin maarifləndirmə sektorunun müdiri Elnur İmanov, baş məsləhətçi Aslanov Emil, Fövqəladə Hallar Nazirliyinin Gəncə Dövlət Yanğın Nəzarət İdarəsinin böyük inspektoru Alıyev Zaur, kənd sakinləri və məktəbin kollektivi iştirak edib.

Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlığı və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr dinlənilib. Həmçinin dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, eyni zamanda 112 - “qaynar xətt” əlaqə mərkəzi haqqında məlumat verilib, mövzulara dair fotoslaydlar nümayiş olunub.

Sonra təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.

 

Keçidlər