Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda yollar qardan və buzdan təmizlənir.

06 fevral 2024 | 17:31

Son günlər  Daşkəsən rayonu ərazisində güclü külək, qarın yağması və qasırğa ilə müşayiət olunan qeyri-sabit hava şəraiti nəticəsində kəndlərarası yollarda nəqliyyatın hərəkətində müvəqqəti olaraq müəyyən çətinliklər yaranmışdır.

Daşkəsən Rayon İcra Hakimiyyəti  “31 saylı Yol İstismarı” MMC və “AzerGold” QSC ilə birgə rayon ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə yüksək dağlıq yolların qardan və buzdan təmizlənməsi, qum-duz qarışığının səpilməsi işlərini mütəmadi olaraq davam etdirir.

Daşkəsən-Gəncə, Quşçu-Zəylik, Quşçu-Çovdar, Daşkəsən-Əmirvar-Qabaqtəpə, Daşkəsən-Xoşbulaq-Astaf, Zağalı-Qaraqullar-Alaxançallı, Mollahəsənli-Dəstəfur və digər yollarda texnika vasitəsilə qısa müddətdə qardan təmizləmə işləri aparılaraq avtomobillərin normal hərəkəti bərpa olunub.

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayonun sərt iqlim şəraiti nəzərə alınmaqla bütün avtomobil yolları nəzarətdə saxlanılır, aidiyyəti qurumlarla birgə yolların qardan və buzdan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür.

Keçidlər