Daşkəsən rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kütləvi təmiz aksiyası təşkil olunub
Avqustun 10-da Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xoşbulaq kəndinin ərazisində “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərsizləşdirilməsi işlərinin gücləndirilməsi məqsədilə növbəti mütəşəkkil təmizlik aksiyası keçirilib.
Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının işçiləri, gənc könüllülər və sakinlər həvəslə iştirak ediblər.
Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən ərazi plastik və digər məişət tullantılarından təmizlənərək aidiyyəti üzrə təhvil verilib.
Habelə ətraf mühitin sağlamlaşdırılması üçün təmizliyə riayət olunması, məişət tullantıları ilə zibillənmənin qarşısının alınması sakinlər arasında təbliğ olunub.