Daşkəsən rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kağız tullantılarının toplanması davam edir
27 iyun 2024 | 14:18
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın 4.8-ci bəndinin Daşkəsən rayonunda icrasını təmin etmək üçün rayon ərazisində kağız tullantılarının toplanmasının məqsədi kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanmasına nail olmaqdır.
Toplanmış 5 tondan artıq kağız tullantıları təkrar emal edilməsi məqsədilə “Azersun Holdinq” MMC-in Gəncə filialına təhvil veriləcəkdir.