Daşkəsən rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kağız tullantılarının təkrar emal müəsissələrinə verilməsi üçün toplanması davam edir
27 may 2024 | 08:11
“Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 4.8-ci bəndinin Daşkəsən rayonunda icrasını təmin etmək üçün rayon ərazisində kağız tullantılarının toplanması davam edir.
Aksiyanın keçirilməsinin məqsədi kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanmasına nail olmaqdır.
Toplanmış 4 ton həcmində kağız tullantıları təkrar emal edilməsi məqsədilə “Azersun Holdinq” MMC-in Gəncə filialına təhvil veriləcəkdir.