Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib

15 mart 2024 | 17:40

Ağacəkmə aksiyasında Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, RİHBA-nin, hüquq-mühafizə orqanlarının rəhbərləri və məsul işçiləri, şəhid ailələri, qazilər, ağsaqqallar, gənclər və rayon ictimaiyyəti iştirak ediblər.

Aksiyada Daşkəsən şəhərinin girişində avtomobil yolunun ətrafına rayonun torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 200 ədəd ağac əkilib.

Aksiyanın keçirilməsində məqsəd "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, yerlərdə bərpa-quruculuq işləri ilə yanaşı, ərazinin flora və faunasının dirçəldilməsinə, təbii ehtiyatların mühafizəsinə və onlardan səmərəli istifadə edilməsinə də xüsusi diqqət yetirilir.

Keçidlər