Daşkəsən rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri Novruz bayramı ərəfəsində ziyarət edilir.
Daşkəsən rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri Novruz bayramı ərəfəsində ziyarət edilir, onlara ərzaq və maddi yardımlar olunur, müraciətləri dinlənilir, problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.
Şəhid ailələrinin ziyarətləri zamanı Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə əsasən şəhid ailələrinin, müharibə əlilləri və iştirakçılarının sosial qayğılarının daim diqqət mərkəzində saxlanıldığı, müraciət və problemlərinin operativ həlli istiqamətində davamlı tədbirlərin həyata keçirildiyi vurğulanaraq qaşıdan gələn Novruz bayramları təbrik edilib.
Görüşlərdə şəhid ailələrinin üzvləri onlara göstərilən həssas münasibətdən və qayğıdan razılıqla danışaraq minnətdarlıqlarını bildiriblər, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanı qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik ediblər.