Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

24 may 2023 | 14:46

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 24-də YAP Daşkəsən rayon təşkilatı Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” və “Nə qədər Azərbaycan var, mən də varam” mövzularında konfrans keçirib.

Konfransda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev, millət vəkili Müşfiq Cəfərov, rayonun YAP fəalları və KİV mənsubları iştirak ediblər.    

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Daşkəsən rayon Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə tər güllər qoyulub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan yığıncaqda müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxışında deyib:

-  Fürsətdən istidafə edib, başda möhtərəm Prezidentimiz cənab İlham Əliyev olmaqla qarşıdan gələn 28 May - Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm, ən xoş arzularımı bildirirəm.   İcazə verin, bu gün - 24 may tarixində Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı ləyaqətlə keçirdiyimiz konfransın gündəliyindəki çıxışlara başlayaq.

 Müasir, müstəqil demokratik  Azərbaycan Respublikasının memarı, görkəmli dövlət xadimi, dünyaşöhrətli siyasətçi, dahi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin bütün şəhər və rayonlarında, eləcə də respublikamızın hüdudlarından kənarda bayram əhval-ruhiyyəsində böyük təntənə ilə qeyd edilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2023-cü ilin Azərbaycanda  “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı 2022-ci il 29 sentyabr tarixli Sərəncamı çox mühüm təqdirəlayiq siyasi qərar olmaqla yanaşı, xalqımızın və dövlətimizin Ulu Öndər Heydər Əliyevə verdiyi yüksək qiymətin göstəricisidir. Bu gün hər birimiz Ümummilli Lider Heydər Əliyevi dərin minnətdarlıq hissi ilə, böyük sevgi və ehtiramla anırıq, onun əziz xatirəsini yad edirik.

Müasir Azərbaycan tarixinin yarım əsrlik möhtəşəm dövrü Heydər Əliyevin adı ilə bağlıdır. İlk dəfə 1969-cu ildə respublikamızda siyasi rəhbərliyə başlayan Heydər Əliyevin həmin dövrdəki fəaliyyəti tariximizə sovet Azərbaycanının sürətli inkişaf və quruculuq mərhələsi kimi daxil olmuşdur. Heydər Əliyevin rəhbər seçildiyi vaxt respublikaların inkişaf göstəricilərinə görə ittifaq miqyasında 14-cü yerdə dayanan Azərbaycan sonra Ulu Öndərin işlədiyi 13 il ərzində ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Həmin illərdə Ulu Öndərimizin nəhəng quruculuq fəaliyyəti Azərbaycanın  bütün sahələrdə davamlı inkişafı ilə yanaşı, milli oyanışa yol açmış, gələcək müstəqilliyimizin möhkəm təməllərini formalaşdırmışdır.

 Heydər Əliyev istər Azərbaycanın rəhbəri, istərsə də 1982-1987-ci illərdə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə respublikamızın inkişafı üçün əhəmiyyətli işlər görmüş, eyni zamanda Qarabağda erməni separatizminin, bütövlükdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının qarşısını qətiyyətlə almışdır.

Erməni millətçilərinin təsiri altına düşmüş Mixail Qorbaçov Mərkəzi Komitənin Baş katibi seçildikdən sonra artıq nəinki SSRİ-də tanınan, dünya miqyasında yüksək nüfuz qazanmış və Kremldə əsl liderlik xüsusiyyətləri ilə seçilən Heydər Əliyevin şəxsiyyətinə qısqanclıqla yanaşıraq onu hakimiyyətdən uzaqlaşdırmaq üçün fürsət axtarırdılar. 1987-ci ildə Heydər Əliyevin Moskvada siyasi fəaliyyətdən təcrid olunmasından dərhal sonra keçmiş ittifaqın ermənipərəst rəhbərləri Dağlıq Qarabağda separatçı hərəkətlərə rəvac verdilər. Bu həm də 1988-ci ildə 300 mindən artıq soydaşlarımızın Ermənistandan kütləvi deportasiyasını sürətləndirdi, Sovet qoşunlarının Bakıya yeridilməsi və 1990-cı il qanlı 20 Yanvar faciəsi ilə nəticələndi. 20 Yanvar faciəsinə dərhal ilk olaraq kəskin etirazını bildirən, ən cəsarətli çıxışlarla dəqiq və obyektiv siyasi qiymət verən də şəxsən Heydər Əliyev olmuşdur.

1990-cı ildə məlum səbəblər üzündən Vətənə döndükdən sonra Bakıda qala bilməyən Heydər Əliyev Naxçıvana üz tutdu və respublikamızda dövlət müstəqilliyimizin bərpası uğrunda  mübarizənin tamamilə yeni keyfiyyət mərhələsi başladı. Belə ki, üçrəngli bayrağımız birinci dəfə 1990-cı ilin noyabrında məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda rəsmi şəkildə ucaldıldı, Muxtar Respublikada kommunist partiyasının bütün dayaqlarının fəaliyyətinə son qoyuldu, Naxçıvanın rəsmi adından "sovet" və "sosialist" sözləri çıxarıldı, Naxçıvan Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi, 1991-ci ildə sovet dövlətinin gələcək taleyi ilə bağlı referendum Naxçıvan Muxtar Respublikasında ümumiyyətlə keçirilmədi. Ən əsası isə Heydər Əliyev Muxtar Respublikanın əhalisini və potensialını öz ətrafında birləşdirərək erməni təcavüzünün genişlənməsinin, dövlətə qarşı xain cəhdlərin qarşısını aldı, Naxçıvanı düşmənin işğalından qorudu, Muxtar Respublika Ulu Öndərimizin sayəsində sərt sınaqlardan layiqincə çıxdı. 

Həmin gərgin və çətin vaxtlarda Heydər Əliyevə edilən müraciətlər və Yeni Azərbaycan Partiyasının təsis edilməsi Ulu Öndərə olan inamın və etimadın təsdiqi idi. Ümumiyyətlə, birmənalı olaraq Yeni Azərbaycan Partiyasının yaradılması Ümummilli Liderimizin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası qısa zaman ərzində ölkəmizdə siyasi-ideoloji, iqtisadi  sahədə boşluğu aradan qaldırdı, milli maraqlar naminə hüquqi-siyasi sabitliyi, yeni müasir mərhələdə müstəqil dövlətçilik sisteminin inkişafını təmin etdi.  

1992-ci ilin yaz aylarından başlanan daxili hərc-mərclik, siyasi qüvvələrin çəkişməsi, AXC-Müsavat cütlüyünün xəyanəti şiddətli döyüşlərin getdiyi cəbhə bölgəsinin nəzarətdən kənar qalmasına və Qarabağ müharibəsində ermənilərin üstünlüyü ələ almasına, rayonların bir-birinin ardınca işğalına, məcburi qaçqın və köçkün problemlərinin yaranmasına, hökumətə meydan oxuyan başıpozuq silahlı dəstlərin kriminal fəaliyyətinə, anarxiyaya, ölkədə aclığa, vətəndaş müharibəsinə və ictimai-siyasi xaosa səbəb oldu.   

Belə bir ağır tarixi şəraitdə, Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatının ən çətin dövründə 1993-cü ilin iyun ayında xalqın təkidli tələbəli ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, Azərbaycanın müstəqilliyini və bütövlükdə dövlətçiliyimizi qoruyub saxlaması müstəqillik tariximizin ən şanlı səhifələrini təşkil edir. Ulu Öndər Heydər Əliyevin rəhbərlyi ilə dövlətimizin hüquqi-siyasi əsasları formalaşdırıldı. Xalqımızın qədim və zəngin milli-mənəvi dəyərləri qorunub saxlanıldı, azərbaycançılıq məfkurəsi milli ideologiya səviyyəsinə yüksəldildi. Ölkəmizin beynəlxalq nüfuzu, iqtisadi və hərbi qüdrəti yeni mərhələyə qədəm qoydu. 

Ümummilli Liderimiz Heydər Əliyevin möhkəm və sarsılmaz təməllər üzərində yaratdığı müstəqil Azərbaycan onun siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə indi bütün sahələrdə öz tarixinin ən qüdrətli, layiqli dövrünü yaşayır. Bu bünövrə üzərində ötən 20 ildə də bütün sahələr üzrə sürətli inkişaf yolu keçən Azərbaycan beynəlxalq miqyasda aktuallıq kəsb edən nəhəng enerji-nəqliyyat və infrastruktur layihələrinin müəllifi, regionun lideri və qlobal miqyasda etimadla qarşılanan qalib dövlətdir.

Ulu Öndərimizin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Artıq torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm zəfər milli dövlətçilik tariximizin şərəfli qürur səhifəsinə çevrilib.

Heydər Əliyevin arzusunu, ata vəsiyyətini həyata keçirən, Vətən müharibəsində Zəfərimizin müəllifi olan Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyev indi Qarabağda və Şərqi Zəngəzurda düşmənin dağıtdığı şəhər və kəndlərimizi yenidən qurur. Böyük Qayıdış proqramı uğurla icra olunur, keçmiş məcburi köçkün bacı və qardaşlarımızın öz ata-baba yurdlarına möhtəşəm qayıdışı reallaşır. Məhz buna görə də, şübhəsiz ki, qazilərə, şəhid ailələrinə, müharibə veteranlarına göstərilən diqqət və qayğı da həmişə ön plandadır. Dövlət başçımızın və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın müvafiq göstəriş və tapşırıqları əsasında bu günə qədər Daşkəsən rayonunda da müharibə iştirakçılarına, şəhid ailələrinə müxtəlif istiqamətlər üzrə sosial dəstək paketləri təqdim olunmuşdur.

Azərbaycanın özünün ən qüdrətli və sürətli yüksəliş mərhələsinə qədəm qoyması müasir tariximizin qürurdoğuran nailiyyətləridir. Bu uğurları bizə bəxş edən əbədiyaşar dahi şəxsiyyət, xalqımızın Ulu Öndəri Heydər Əliyevin ölməz ideyaları və onun varisi  Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyidir.

Biz Daşkəsənlilər əminik ki, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, bütün dünyada böyük nüfuza və hörmətə sahib olan, qətiyyətli qalib siyasi liderimiz möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız yeni-yeni qələbələrə imza atacaq, ölkəmiz əmin-amanlıq, sülh  şəraitində inamlı inkişaf yolunu uğurla davam etdirəcəkdir.

Bu məsuliyyətli və şərəfli yolda biz daşkəsənlilər də hər zaman olduğu kimi Ulu Öndərimizin ideyalarına sadiq qalaraq bundan sonra da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək əzmlə çalışacağıq.

Eşq olsun Ulu Öndərimizin ideyalarına!

Yaşasın Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev!

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev konfransın gündəliyinə uyğun olaraq geniş məruzə ilə çıxış edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri misilsizdir. Onun Azərbaycana rəhbərliyinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Müasir müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır.

YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev qeyd edib ki, dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyev bütün dövrlərdə xalqımıza və dövlətçiliyimizə ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev həmişə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparmışdır.   Bu gün xalqımız əmindir ki, müasir müstəqil Azərbaycan bundan sonra da Ulu Öndər Heydər Əliyev ideyaları işığında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir.

Millət vəkili Müşfiq Cəfərov isə çıxışında vurğulayıb ki, bu gün Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini böyük hörmət və ehtiramla, onun Vətənimiz üçün gördüyü möhtəşəm və çoxsaylı işləri, əvəzolunmaz xidmətləri xatırlamaqla qeyd edir. Milli maraqları və Vətənə xidməti hər şeydən üstün tutaraq müstəqil Azərbaycanı qurub-yaradan Ümummilli Liderimiz Heydər Əliyev milli dövlətçiliyimizin inkişafı, ölkəmizin beynəlxalq aləmdə layiqincə təmsil olunma missiyasını ömrünün sonunadək şərəflə davam etdirmişdir. Ümummilli Liderin qurub-yaratdıqları, müdrik ideyaları bütün dövrlər üçün daimidir, aktualdır. Heydər Əliyev irsi yüz illər boyu Azərbaycan xalqına yol göstərəcək, ölkəmizin davamlı inkişafına möhtəşəm töhfəsini verəcəkdir. 

Digər çıxış edənlər də Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan, xalqımız qarşısında unudulmaz möhtəşəm tarixi fəaliyyətindən və siyasi irsindən söz açıblar.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən Partiya üzvlərinə fəxri fərmanlar, YAP sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilib.

Konfransın sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Xalqa bağışlanan ömür” adlı sənədli film nümayiş olunub.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər