Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda təbii qazdan təhlükəsiz istifadə ilə bağlı əhali arasında maarifləndirmə aparılıb.

15 dekabr 2023 | 18:01

Mövsümlə əlaqədar əhali tərəfindən fərdi yaşayış evlərinin və mənzillərin qızdırılması üçün əlavə qaz qurğularının quraşdırılması, tikinti və təmir işləri ilə bağlı qaz xətlərinin çəkilişi zamanı texniki şərtlərə əməl olunmaması, eləcə də qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunmasına görə təmir və xidmət işlərinin vaxtında düzgün həyata keçirilməməsi dəm qazından zəhərlənmələrə, partlayış və ya yanğın hallarının baş verməsinə, insan ölümlərinə səbəb olur.

 Bu cür halların qarşısının alınması üçün əhalinin maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu və SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məlumatlandırıcı bukletlər hazırlamışdır.

 Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həmin bukletlər rayonun qazlaşdırılmış yaşayış məntəqlərində sakinlərə paylanmış, təbii qazdan təhlükəsiz istifadə qaydaları ilə bağlı əhali arasında geniş maarifləndirmə işləri aparılaraq tövsiyələr verilmişdir. Maarifləndirmədə Daşkəsən qaz xidmət sahəsinin əməkdaşları da iştirak etmişdir.

Sakinlərin diqqətinə çatdırılmışdır ki, havaların soyuması əhalinin təbii qaza olan tələbatını xeyli artırmışdır. Bir çox hallarda sakinlər tərəfindən qaz borularının yerinə rezin borulardan istifadə olunması, kortəbii üsulla tüstü borularının yerləşdirilməsi, yaşayış binalarının damında havaçəkən kanalların üzərində qeyri-qanuni su çənlərinin quraşdırılması və bu kimi digər hallar bədbəxt hadisələrin baş verməsi ilə nəticələnir. Yanğın, partlayış, dəm qazından zəhərlənmə hallarının meydana çıxmaması üçün yaşayış məntəqələrində, eləcə də müəssisə və obyektlərdə qaz sobalarından istifadə etdikdə diqqətli olmalı, texniki və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

 Daşkəsən Rayon İcra Hakimiyyəti aidiyyəti qurumlarla birgə təbii qazdan təhlükəsiz istifadə ilə bağlı əhali arasında maarifləndirmə işlərini davam etdirir.

Keçidlər