Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda sudan və elektrikdən səmərəli istifadəyə dair təbliğat işləri aparılıb

27 noyabr 2024 | 16:49

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının 4.4-cü və 4.8-ci bəndləri su ehtiyatlarından və elektrik enerjisindən səmərəli istifadənin təmin olunmasını, alternativ mənbələrin yaradılmasını və həmin mənbələrdən istifadənin genişləndirilməsini əhatə edir.

Bununla bağlı Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində sudan və elektrikdən qənaətlə və səmərəli istifadə olunması ilə bağlı əhali arasında maarifləndirici söhbətlər aparılıb və təbliğat xarakterli bukletlər paylanıb. Eyni zamanda əhalinin daha çox toplaşdığı yerlərdə, yaşayış binalarının, ictimai iaşə və digər sosial obyektlərin girişlərinə sudan və elektrikdən qənaətlə istifadəni təşviq edən maarifləndirici materiallar yerləşdirilib.

Keçidlər