Daşkəsən rayonunda sudan səmərəli istifadəyə dair təbliğat işləri aparılır
Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planınının 4.4 bəndində su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yardılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi əhatə edir.
Bununla bağlı Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçiləri Elmin Paşayev və Ayaz Allahyarov tərəfindən Daşkəsən rayon ərazisində sudan səmərəli istifadə olunması ilə bağlı əhali arasında marifləndirici söhbət aparılmış və təbliğat xarakterli bukletlər paylanmışdır. Eyni zamanda yaşayış binalarının, ictimai iaişə və digər sosial obyektlərin girişlərinə sudan qənaətlə istifadəyə dair maarifləndirici materiallar yerləşdirilmişdir.