Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda səyyar “ASAN xidmət” fəaliyyətini davam etdirir

13 iyun 2024 | 11:58

İyunun 3-dən Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayonda olan digər dövlət qurumlarının yaxından köməkliyi ilə səyyar “ASAN xidmət” avtobusu Daşkəsəndə fəaliyyət göstərir.

Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin qarşısında həftənin 5 iş günü saat 10:00-dan 18:00-dək xidmət göstərən “ASAN xidmət” əməkdaşları yüksək peşəkarlıqla təmsil etdikləri qurumun prinsiplərini layiqincə yerinə yetirirlər, hər bir müraciətə həssaslıqla yanaşırlar.

Xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), tərcümə xidməti, tibb xidməti və s. daxildir.

İyunun 28-ə kimi fəaliyyəti nəzərdə tutulan səyyar “ASAN xidmət”dən Daşkəsən rayon sakinləri ilə yanaşı, rayonumuza səfər edənlər də faydalanır. Bu günə kimi 291 nəfər vətəndaş aidiyyəti üzrə müvafiq xidmətlərdən istifadə edib.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Ucqar dağ rayonu Daşkəsəndə belə bir şəraitin yaradılmasına görə “ASAN xidmət”dən yararlanan hər bir daşkəsənli sakin razılıq hissi ilə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirir.

Keçidlər