Daşkəsən rayonunda qanunsuz tikintilərin qarşısı alınıb
08 oktyabr 2024 | 13:30
Aparılan növbəti monitorinq zamanı rayonun Xoşbulaq kəndində qanunsuz olaraq fərdi yaşayış evləri tikintisinin aparılması faktları aşkar olunub. Aparılan tikinti işləri aidiyyəti şəxslər tərəfindən dərhal dayandırılaraq söküntüsü təmin edilib.
Qeyd edək ki, monitorinqlər Daşkəsən Rayon İcra Hakimiyyəti yanında rayon ərazisində tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan Komissiya üzvlərinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin və hüquq mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilir.