Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda “Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır” mövzusunda dəyirmi masa keçirilib.

13 dekabr 2023 | 17:00

Dekabrın 13-də Daşkəsən Rayon İcra Hakimiyyəti ilə rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən “Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdırmövzusunda dəyirmi masa təşkil ediblər.

Daşkəsən RİH-nin məsul işçiləri, rayon MKS-nin əməkdaşları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

            RİHBA-nın məsul işçisi Elmar Əliyev giriş sözü ilə çıxış edərək 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” kimi qeyd olunmasının Ümummilli Liderin əziz xatirəsini əbədiləşdirmək istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biri olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, ölkəmizdə və respublikamızın hüdudlarından kənarda bütün dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli şəxsiyyəti, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük həyəcan və sevinclə qeyd edirlər. Çünki Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Ulu Öndərin Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində ölkəmizin müstəqilliyi naminə həyata keçirdiyi genişmiqyaslı işlər bu gün onun layiqli siyasi varisi Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bəhrəsini verir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın çoxəsrlik tarixi salnaməsinə Zəfər Günü həqiqətlərini yazmaqla bərabər, həm də ölkəmizi bütün sahələr üzrə irəli aparmağı bacaran, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli lider kimi qəbul olunur. Hazırda işğaldan azad olunmuş əzəli Azərbaycan torpaqlarına Böyük Qayıdışla əlaqədar ölkəmiz tamamilə yeni bir dövrə qədəm qoymuşdur.

Rayon MKS-nin direktoru Alidə Mustafayeva isə məruzəsində bildirib ki, Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəlmişdir. Müasir Azərbaycanın memarı və qurucusu dahi Heydər Əliyevin adı  Azərbaycanın özü qədər əbədi olacaqdır. Heydər Əliyevin Azərbaycan xalqına və dövlətçiliyinə bütün ömrü boyu şərəflə xidmət etməsi həm də onunla təsdiq olunur ki, bu dahi şəxsiyyət 2003-cü ildə Azərbaycanda prezident seçkiləri ilə əlaqədar xalqa müraciətində özünün uzun illər formalaşdırdığı möhtəşəm siyasi kursu uğurla davam etdirə biləcək ünvanı dəqiq göstərməsidir. Zaman sübut etdi ki, Ulu Öndərin xalqın və dövlətin taleyini etibar etdiyi, özü qədər inandığı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edir, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənir. Bütün bunlarla yanaşıPrezident cənab İlham Əliyev “Qarabağ Azərbaycandır!” nidası ilə Ulu Öndərin ən böyük vəsiyyətini yerinə yetirərək Azərbaycan Bayrağını Şuşa qalasına, Xüdafərin körpüsünə, Xankəndi şəhərinə sancaraq torpaqlarımızın ərazi bütövlüyünü və suverenliyini təmin edib Müzəffər Ali Baş Komandankimi qüdrətli Varis əzəmətini bütün dünyaya nümayiş etdirdi.

Dəyirmi masa Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektlərindən bəhs edən məruzələr ətrafında çıxışlarla başa çatıb.

Keçidlər