Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda iri buynuzlu mal-qaranın identifikasiyası və qeydiyyatı sisteminin formalaşması barədə tədbir keçirilmişdir

08 dekabr 2023 | 18:10

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan Tədbirlər Planının 10.7.1. nömrəli tapşırığının (Heyvanların identifikasiyası və qeydiyyatı sisteminin formalaşdırılması və tətbiqinin ölkə ərazisində mərhələli şəkildə həyata keçirilməsi) icrası ilə əlaqədar Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının aparatının, ərazi inzibati dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən Regional Bölməsinin, rayon Dövlət Aqrar Xidmətlər Agentliyinin, Daşkəsən rayon heyvan sağlamlığı baytarlıq xidmətləri idarəsinin məsul şəxsləri və iri təsərrüfat sahiblərinin iştirakı ilə rayon ərazisində mövcud iri buynuzlu mal-qaranın identifikasiyası və qeydiyyatı sisteminin formalaşması barədə tədbir keçrilmişdir.

Rayon ərazisində ilkin mərhələ üçün iri sahibkarlıq subyektlərindən tədbirlərin başlanması hədəflənmişdir.

Görüşdə iri buynuzlu mal-qaranın identifikasiyası və qeydiyyatı sisteminin formalaşması ilə bağlı yaranmış suallar cavablandırılmış, əlavə tövsiyələr verilmişdir.

Keçidlər