Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda intensiv leysan yağışları ilə müşayiət olunan güclü külək təbii fəlakətə səbəb olub

21 iyun 2024 | 12:35

 

20.06.2024-cü il tarixdə saat 19:00 radələrindən başlayaraq 23:00 radələrinədək Daşkəsən rayonu ərazisində davam edən intensiv leysan yağışları ilə müşayiət olunmuş 30 m/san-dən çox sürətlə əsən güclü külək Daşkəsən şəhərində çoxmərtəbəli yaşayış, inzibati binaların, fərdi evlərin dam örtüklərinə və rayonun elektrik, rabitə, yaşıllaşdırma təsərrüfatlarına xeyli ziyan vurub.

Əsasən Daşkəsən şəhəri S.Vurğun küçəsi 18A, Nizami küçəsi 21, İ.Qayıbov küçəsi 30, Ş.İ.Xətai küçəsi 1, 2 ünvanlarında yerləşən çoxmərtəbəli yaşayış və Daşkəsən şəhər Nəsimi adına 1 nömrəli tam orta , Daşkəsən rayon Uşaq-gənclər idman-şahmat məktəblərinin binalarının dam örtüklərinə olduqca ciddi ziyan dəyib, güclü külək həmin binaların dam örtüklərini sıradan çıxararaq taxta konstruksiyalarla birlikdə kənara atıb.

Təbii fəlakət zamanı xəsarət alan olmayıb.

Hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının üzvləri dəymiş ziyanların həcminin müəyyənləşdirilməsi üzrə işlər aparır. Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinə müraciət olunub və daxili imkanlar hesabına dəymiş ziyanların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Keçidlər