Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA HÖKUMƏT-VƏTƏNDAŞ CƏMİYYƏTİ DİALOQU PLATFORMASI ÇƏRÇİVƏSİNDƏ MÜZAKİRƏLƏR KEÇİRİLİB

24 noyabr 2022 | 18:06

Noyabrın 24-də  Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən müzakirələrdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Məmmədov, RİH-nin məsul işçiləri, həmkarlar ittifaqlarının rayon komitələrinin sədrləri və dövlət adından yaradılmış publik hüquqi şəxslər, bələdiyyələr, rayon ərazisində müxtəlif sahələrdə fəaliyyət göstərən  qurumların nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” nın  5.6-cı bəndinin icrasının təmin edilməsi, yəni Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində mütəmadi müzakirələrin keçirilməsi və Platformanın fəaliyyətinin dəstəklənməsi olub.

Müzakirə iştirakçılarını Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından salamlayan RİHB-nin müavini Vüqar Məmmədov  “Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” mövzusunda məruzə ilə çıxış edərək bu sahədə Daşkəsən rayonunda görülən işlər, vətəndaş cəmiyyətinin həmin proseslərdə iştirakı barədə ətraflı məlumat verib, yerli səviyyəli “Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın yaradılmasının və onun tərkibinin daha da genişləndirilməsinin  böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Vüqar Məmmədov məruzəsində onu da vurğulayıb ki, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın Daşkəsən rayonu üzrə yerinə yetirilməsi ilə əlaqədar illik iş planı Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən təsdiq olunur. İş planında Milli Fəaliyyət Planında yerli icra hakimiyyətləri üçün nəzərdə tutulan bəndlər üzrə tədbirlər, onların qiymətləndirmə indikatorları, icraçılar və icra müddəti qeyd olunmuşdur. Bu barədə məlumat dövrü olaraq Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada göndərilir. Nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatlar təqdim edilir. Bu proseslərə vətəndaş cəmiyyəti institutları cəlb edilməklə Fəaliyyət Planının icrası sahəsində görülən işlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

Digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Sonra tədbir müzakirələrlə davam edərək müxtəlif təkliflər dinlənilib, suallar cavablandırılıb.

 

Elmar Əliyev –Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

 

Keçidlər