Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ RƏSM SƏRGİSİ KEÇİRİLİB

29 mart 2023 | 12:46

Martın 29-da Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayonun Heydər Əliyev Mərkəzinin, Mədəniyyət Mərkəzinin, rayon üzrə Təhsil sektorunun, Rəsmlər Qalereyasının, Uşaq İncəsənət məktəbinin, Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Heydər Əliyev zirvəsi" adlı rəsm sərgisi təşkil olunub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir rayonun Heydər Əliyev Mərkəzinin qarşısında açıq havada musiqi sədaları altında keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov və Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyətindən, xalqımız naminə həyata keçirdiyi işlərdən, apardığı uğurlu islahatlardan, həmçinin istedadlı şəxslərə göstərdiyi xüsusi qayğısından danışıblar. Vurğulanıb ki, hər zaman qəlblərdə yaşayacaq Ümummilli Liderimizin bütün fəaliyyəti dövründə yaradıcı insanlara, o cümlədən rəssamlara göstərdiyi diqqət və qayğı bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan mədəniyyəti zamanın tələblərinə uyğun inkişaf edir.

Sonra rəsm sərgisinə baxış keçirilib. Sərgidə gənc rəssamlardan – Sevinc Məmmədovanın “Heydər Əliyev”, Fidan Quliyevanın “Bir ağacın iki qolu”, Vəfa Bağırovanın “Azərbaycanın dirçəlişi”, Ramin Hüseynovun “Heydər Əliyev” və “Xilaskarımız”, habelə şagirdlərdən Leyla Abbasovanın, Zəhra Ələkbərovanın, Damla Abbasovanın, Nuray Əmirovanın, Nərmin Abışovanın, Fatimə Mustafazadənin, Rəvan Abbasovun, Əkbər Cəfərovun, Röyal Alıyevin  Ulu Öndərə həsr olunmuş müxtəlif başlıqlı rəsm əsərləri nümayiş olunub.

Sərgi rayon sakinləri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər