Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA GƏNCLƏR GÜNÜ QEYD OLUNUB

02 fevral 2023 | 17:34

“İndi artıq tam qətiyyətlə demək olar ki, Azərbaycan gəncləri təşkilatlanıb, birləşib, cəmiyyətdə öz yerini tutub və müstəqil Azərbaycanın inkişaf etməsi üçün lazımi işlər görürlər”.

Heydər Əliyev

Ümummilli Lider

 

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup daşkəsənli fəal gənclərin toplantısı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Giriş nitqi ilə  çıxış edən  Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev Azərbaycan Gəncləri Günü münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin təbriklərini çatdırıb, gənclərə yeni nailiyyətlər arzulayıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda Gənclər və İdman Nazirliyinin, o cümlədən dövlət gənclər siyasətinin əsası qoyulub. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri dövlətin bütün sahələr üzrə diqqət və qayğısını daim öz üzrlərində hiss ediblər.  Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına böyük təkan verir, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır.

Elmar Əliyev onu da vurğulayıb ki, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva da həm özünün ictimai-siyasi fəaliyyətində, həm də rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi bütün tədbirlərdə gənc nəslin sağlamlığını, intellektual və fiziki inkişafını daim diqqət mərkəzində saxlayır.

Daşkəsən Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov Azərbaycan  Gəncləri  Günü münasibəti ilə toplantı iştirakçılarını təbrik etdikdən sonra İdarə tərəfindən 2022-ci ildə Daşkəsəndə gənclər və idman sahəsində görülən işlər barədə hesabat xarakterli məruzə ilə çıxış edib, keçirilmiş tədbirlər haqqında məlumat verib.

Gənclərdən çıxış edən SHXÇDX-nin rayon bölməsinin əməkdaşı Toğrul Məmmədli, rayon üzrə Təhsil Sektorunun məsul işçisi Elməddin Allahverdiyev, Vətən müharibəsi qaziləri Ceyhun Əliyev və Emin Əliyev Ulu Öndər Heydər Əliyevin çoxşaxəli gənclik strategiyası barədə danışaraq bildiriblər ki, bu gün ölkə gəncləri Prezident cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasəti dəstəkləyir, daim cənab Prezidentin yanında olduqlarını nümayiş etdirirlər.

Rayon gəncləri adından çıxış edən Nigar Məmmədzadə gənclərə hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva minnətdarlığını bildirib və dövlətimiz üçün layiqli gənc olacaqlarını söyləyib.

Sonda rayonun ictimai həyatında fəal iştirakına görə və 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup fəal gənc fəxri fərmanlarla təltif olunub və xatirə şəkli çəkilib.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini 

Keçidlər