Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda dövlət qulluqçuları üçün təlimlər davam edir

05 iyun 2024 | 09:38

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, Mərkəz tərəfindən 2024-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən bütün regionlarında dövlət qulluqçuları üçün təlimlər keçirilir.

4 iyun 2024-cü il tarixindən başlayan təlimlər 7 iyun 2024-cü il tarixinədək Daşkəsən, Göygöl, Samux rayonlarında və Gəncə şəhərində təşkil olunub.

Daşkəsən rayonunda 5 iyun tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda dövlət qulluqçuları üçün təlim keçirilib.

Təlimlər zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Qeyd edək ki, təlimlər 6 iyun 2024-cü il tarixədək davam edəcək.

Keçidlər