Daşkəsən rayonunda “AzerGold” QSC-nin və Kiçik Orta Biznesin İnkişafı Agentliyinin “Arı təsərrüfatlarının inkişafına dəstək” layihəsi uğurla həyata keçirilib
Aprelin 27-də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi və “AzerGold” QSC, Kiçik Orta Biznesin İnkişafı Agentiyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəmkir Regional Meşə Təsərrüfatı Məkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunun Bayraq meydanı ərazisində ağacəkmə aksiya keçirilib. Həmçinin yerli arıçı təsərrüfatlarına töhfə vermək məqsədi daşıyan ağacəkmə aksiyasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, “AzerGold” QSC-nin İdarə heyəti sədrinin müavini Oqtay Məmmədov, KOBİA-nın Gəncə-Qazax regional koordinatoru Anar Əliyev, Şəmkir Regional Meşə Təsərrüfatı Məkəzinin direktoru Vasif Nəbiyev, “Çovdar” filiz emalı sahəsinin və Daşkəsən şəhər Yaşıllaşdırma İdarəsinin işçiləri böyük həvəslə iştirak ediblər. Aksiya çərçivəsində 355 ədəd akasiya ağacı əkilərək suvarılıb.
Daha sonra Çovdar kəndi ərazisində açıq havada “Arı təsərrüfatlarının inkişafına dəstək” layihəsində iştirak etmiş yerli arıçılara sertifikatların təqdim etmə mərasimi keçirilib. Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə qonaqları və kənd sakinlərini təbrik edib, Daşkəsən rayonunda ekoloji tarazlığın qorunmasına, habelə yerli arıçı fermerlərə göstədikləri diqqət və qayğıya, yeni iş yerlərinin yaradılmasına və verilən maddi dəstəyə görə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədova, həmçinin “AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimova təşəkkürünü bildirib.
“AzerGold” QSC-nin idarə heyətinin sədr müavini Oqtay Məmmədov çıxışında Layihənin yüksək səviyyədə həyata kerildiyini, o cümlədən Daşkəsən rayonunun bütün sahələr üzrə inkişafı və mövcud problemlərinin həlli ilə bağlı layihələrin həyata keçirilməsinə həmişə olduğu kimi köməklik göstərəcəklərini qeyd edib.
KOBİA-nın Gəncə-Qazax regional koordinatoru Anar Əliyev isə çıxışında Agentliyin idarə heyətinin sədri Orxan Məmmədovun salamlarını çatdırıb, Qurumun yerlərdə fermerlərə və sahibkarlara göstədirdiyi xidmətlər barəsində geniş məlumat verib, Daşkəsən arıçılarına və sahibkarlarına bundan sonra da köməklik göstərəcəklərini, onların problemlərinin həlli üçün komleks tədbirlər həyata keçirəcəklərini bildirib.
Şəmkir Regional Meşə Təsərrüfatı Məkəzinin direktoru Vasif Nəbiyev də layihənin əhəmiyyətini yüksək qiymətləndirərək Mərkəzin meşə fonduna aid torpaqlarında arıçılığın inkişafı üçün hər cür köməklik göstərəcəklərini deyib. O, çıxışında vurğulayıb ki, arıçıların meşə ərazində öz təsərrüfatlarını saxlamalarında heç bir problem yoxdur. Belə ki, arıçılığın inkişafına görə əraziyə buraxılış üçün belə təsərrüfat sahibləri ilə qanunamüvafiq qaydada müqavilə bağlanır və buna görə onlardan heç bir rüsum tələb olunmur.
Çıxışlardan sonra layihəyə cəlb edilmiş yerli 24 nəfər arıçıya sertifikatlar təqdim edilib.
Aksiyanın davamı olaraq Daşkəsən şəhər Şəhidlər Xiyabanında aksiya iştiakçıları olan qonaqlarla birgə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rərbərləri, şəhid aliləri və qazilərin iştirakı ilə 70 ədəd çökə ağacı əkilib, əkilən ağaclara qulluq göstərilib.
Aksiya iştirakçıları möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlara, görülən abadlıq-quruculuq işlərinə, sahibkarlara və fermerlərə, həmçinin şəhid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər, onları qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik ediblər.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini