Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonuna güclü qar yağıb

14 yanvar 2024 | 12:03

Yanvarın 13-ü axşam saatlarından başlayaraq Daşkəsənə güclü qar yağıb. Hazırda rayon ərazisində qarın yağması və şaxtalı hava şəraiti davam edir.

Yağan qarın qalınlığı Daşkəsən rayonunun mərkəzində15-20 santimetr, daha yüksəklikdə yerləşən ucqar dağ kəndlərində 25-30 santimetrə çatıb.

Rayon rəhbərliyinin tapşırığına uyğun olaraq, şəhərarası yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün mütəmadi təmizləmə işləri aparılır, qum-duz qarışığı səpilir.

Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilələr yaranmamışdır.

Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava şəraitini nəzərə almaqla qurur.

Keçidlər