Daşkəsən rayonunun Xoşbulaq kəndində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib
18 oktyabr 2024 | 18:25
Oktyabrın 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən növbəti ağacəkmə aksiyası Xoşbulaq kəndi ərazisində keçirilib.
Ağacəkmə aksiyasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİH-nin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət sahələrinin kollektivləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.