Daşkəsən rayonu üzrə kənd təsərrüfatının əsas göstəriciləri
15 avqust 2024 | 09:07
Heyvandarlıq. 2024-cü il iyulun 1-i vəziyyətinə rayon üzrə 17302 baş iri buynuzlu mal-qara, o cümlədən 9753 baş inək və camış, 75274 baş qoyun və keçi mövcud olmuşdur.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-iyun aylarında diri çəkidə ət istehsalı 1,7 faiz artaraq 1002,0 ton, süd istehsalı 4,5 faiz artaraq 13300,0 ton, yumurta istehsalı isə 1,5 faiz artaraq 2896,0 min ədəd, yun istehsalı isə 6,7 faiz artaraq 191,0 ton olmuşdur.