Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonu üzrə 2023-cü ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiya

16 noyabr 2023 | 16:59

2023-ci ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 45076,1 min manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10895,5 min manat və ya 31,9 faiz çox investisiya vəsaiti yönəldilmişdir. Ümumi sərmayənin 40249,8 min manatı və ya 89,3 faizi dovlət, 4826,3 min manatı və ya 10,7 faizi isə qeyri-dövlət mülkiyyətinin sərmayədarları tərəfindən qoyulmuşdur. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş investisya vəsaiti dövlət mülkiyyəti tərəfindən 6216,4 min manat və ya 18,3 faiz, qeyri-dövlət mülkiyyəti tərəfindən isə 4679,1 min manat və ya 32,8 dəfə artmışdır.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 7027,5 min manatı və ya 15,6 faizi tikinti quraşdırma işlərinə, 38048,6 min manatı və ya 84,4 faizi maşın, avadanlıq, alət, inventarlar və sair işlərə sərf edilmişdir. Sərf olunan vəsaitin 4646,3 min manatı və ya 66,1 faizi isə qeyri-dövlət mülkiyyətinə aid olaraq, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4499,1 min manat və ya 31,6 dəfə artmışdır.

Keçidlər