Daşkəsən rayonu üzrə 2023-cü ildə əsas kapitala yönəldilmiş vəsaitlərin ötən illə müqayisəsi
İlkin göstəricilərə əsasən 2023-cü ildə rayon üzrə bütün maliyyə mənbələri hesabına istifadəyə verilmiş əsas fondların dəyəri 244563,3 min manat olmuş və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 232782,9 min manat və ya 20,8 dəfə artmışdır.
2023-ci ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 383688,6 min manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 322814,7 min manat və ya 6,3 dəfə çox investisiya vəsaiti yönəldilmişdir. Ümumi sərmayənin 377863,3 min manatı və ya 98,5 faizi dovlət, 5825,3 min manatı və ya 1,5 faizi isə qeyri-dövlət mülkiyyətinin sərmayədarları tərəfindən qoyulmuşdur. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş investisya vəsaiti dövlət mülkiyyəti tərəfindən 317199,0 min manat və ya 6,2 dəfə, qeyri-dövlət mülkiyyəti tərəfindən isə 5615,7 min manat və ya 27,8 dəfə artmışdır.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 265030,9 min manatı və ya 69,1 faizi tikinti quraşdırma işlərinə, 118657,7 min manatı və ya 30,9 faizi maşın, avadanlıq, alət, inventarlar və sair işlərə sərf edilmişdir. Tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 239530,1 min manat və ya 10,4 dəfə artmışdır. Vəsaitin 259435,6 min manatı və ya 97,9 faizi dövlət mülkiyyətinə aid olaraq, 2022-ci ilin müvafiq dövri ilə müqayisədə 234082,0 min manat və ya 10,2 dəfə artmışdır. Sərf olunan vəsaitin 5595,3 min manatı və ya 2,1 faizi isə qeyri-dövlət mülkiyyətinə aid olaraq, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 5448,1 min manat və ya 38,0 dəfə artmışdır.