Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“DAŞKƏSƏN RAYON MƏRKƏZİ XƏSTƏXANASI” PUBLİK HÜQUQİ ŞƏXSDƏ 20 YANVAR FACİƏSİNİN 33-CÜ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ANIM TƏDBİRİ KEÇİRİLİB

13 yanvar 2023 | 11:40

Yanvarın 13-də "Daşkəsən Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsdə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı anım tədbiri keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və 20  Yanvar   faciəsi qurbanlarının  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri "Daşkəsən Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Mirzəkərim Tağıyev açaraq xalqımızın yaddaşına qanla yazılmış 20 Yanvar faciəsinin müasir tariximizin ən şanlı qəhrəmanlıq səhifələrindən biri olduğunu söyləyib. Bildirib ki, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə qarşı törədilmiş bu qətliam xalqımızın mübarizə əzmini qırmadı, əksinə müstəqillik ideyası ətrafında həmrəy olmağımızda böyük rol oynadı.

Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Orxan Abbasov çıxışında vurğulayıb ki, 20 Yanvar günündə xalqın səsinə səs verən Ümummilli Lider Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq, hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək faciəni törədənləri, ovaxtkı SSRİ rəhbərliyinin cinayətkar əməllərini pisləyib, onları bu faciənin səbəbkarı kimi ittiham edib. Ulu Öndər xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra mühüm qərarlar verib. Ümummilli Liderin bu siyasəti hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Digər çıxış edənlər də bildiriblər ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə şərəf və qəhrəmanlıq səhifəsini yazdılar, xalqımızın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər