Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon icra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirilib

19 iyul 2024 | 17:10

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov inzibati binada vətəndaşları qəbul edib. Şəhid ailələri və qazilər növbədənkənar dinlənilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

 

Keçidlər