Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Şahvələdli kəndində vətəndaşlarla səyyar görüş keçirib

24 iyul 2024 | 11:42

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun vətəndaşlarla səyyar görüşü Şahvələdli kəndində keçirilib. Qəbulda RİHBA-nın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.

Orxan Abbasov Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı təyin edilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib, bu məsul işdə ona göstərilən etimadı layiqincə doğruldacağına söz verib.

Qeyd edib ki, hər bir sakinin müraciətinə daha həssaslıqla yanaşaraq, müraciətlərinin həlli üçün əlindən gələni əsirgəməyəcək. Vətəndaş məmnunluğunun təmin edilməsi, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılması, problemlərin icrası ilə bağlı əlverişli mexanizmlərin təklif edilməsi ölkə rəhbəri tərəfindən bütün dövlət məmurlar qarşısında qoyulan başlıca tələblərdəndir.

Sonra sakinlərin müraciətləri dinlənilib.

Kənd sakinləri  əraziyə internet və təbii qaz xəttinin çəkilməsi, Əhmədli-Şahvələdli və kənddaxili avtomobil yollarının cari təmir olunması, yararsız elektrik dayaqlarının, eləcə də  naqillərin dəyişdirilməsi, özünəməşğulluq proqramı çərçivəsində mal-qaranın verilməsi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər