Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayonun səhiyyə işçiləri ilə görüş keçirib

12 avqust 2024 | 14:16

Avqusutun 12-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçsı Orxan Abbasov Daşkəsən rayon mərkəzi xəstəxanasında rayonun səhiyyə işçiləri ilə görüşüb. Əvvəlcə icra başçısı Orxan Abbasov xəstəxanada tibb işçilərinin iş şəraiti ilə yaxından tanış olub.

Görüşdə Orxan Abbasov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edən müstəqil dövlətimizin səhiyyə sistemi möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, müasirləşir. Respublikanın hər yerində, o cümlədən Daşkəsən rayonunda mövcud tibb müəssisələrinin təchizatının yaxşılaşdırılmasına, tibb işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasına, onların sosial qayğılarına xüsusi diqqət yetirilir, aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanlar pulsuz dərmanlarla təmin olunur. Bütün bunlar Azərbaycan dövlətinin əhalinin sağlamlığının qorunmasına göstərdiyi qayğının parlaq təzahürüdür.

Daşkəsən rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Mirzəkərim Tağıyev isə rayonda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sonra rayon səhiyyəsinin fəaliyyətinə dair aparılan müzakirədə tibb işçilərinin müraciət və təklifləri dinlənilib, suallar cavablandırılıb.

Daşkəsənli səhiyyə işçiləri ölkə səhiyyəsinə göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkilib.

Keçidlər