Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Qıyıqlı kənd sakinləri ilə görüşüb
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.
Səyyar qəbul zamanı bir qrup kənd sakinini dinləyən Rayon icra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən kənd yolunda cari təmir işlərinin aparılması, elektrik dayaqlarının və naqillərin yenilənməsi, kəndin sürətli internetlə təmin olunması, təbii qazla təmin edilməsi və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə, məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.