Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Dəvrallı kəndində səyyar qəbul keçirib
Sentyabrın 4-də Daşkəsən Rayon İcra Hakmiyyətinin Başçısı Orxan Abbasov Dəvrallı kənd sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda RİHBA-nın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və bir qrup kənd sakini iştirak edib.
İcra başçısı Orxan Abbasov sakinlərin müraciət və təkliflərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub, hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin araşdırılmasına və aradan qaldırılmasına dair aidiyyəti üzrə göstəriş və tapşırıqlarını verib.
Qəbulda iştirak edən Dəvrallı kənd sakinləri müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.