Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov ali məktəblərə qəbul olunan məzunlarla görüşüb

03 sentyabr 2024 | 14:21

Sentyabrın 3-də Daşkəsəndə ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib. Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayon üzrə Təhsil Sektorunun müdiri Vüsal Cəfərov, təhsil işçiləri və valideynlər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

İcra başçısı Orxan Abbasov giriş nitqində tələbə adını qazanmış məzunları, onların müəllimlərini və valideynləri təbrik edib, gənclərə gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. Rayon rəhbəri vurğulayıb ki, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın göstərdikləri xüsusi diqqət və qayğı nəticəsində təhsilimizin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır, təhsilin keyfiyyəti yüksəldilir. Bütün bunlar Daşkəsən rayonunda da gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına şərait yaradır.

Çıxış edən məzunlar isə onlara göstərilən etimadı doğruldacaqlarına söz verərək ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra məzunlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

 

 

 

Keçidlər