Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 27.11.2024-cü il tarixdə Quşçu qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib

27 noyabr 2024 | 16:01

Noyabrın 27-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov təsdiq edilmiş qrafikə uyğun olaraq Quşçu qəsəbəsində vətəndaşları səyyar qəbul edib. Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazinin icra nümayəndəsi, bələdiyyə sədri və qəsəbə sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illər Daşkəsən rayonunda həyata keçirilən tədbirlər barədə geniş məlumat verərək xeyli abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində ardıcıl işlərin görüldüyünü diqqətə çatdırıb.

Qəbulda sakinlərin müxtəlif mövzularda müraciətləri dinlənilib.

İcra başçısı Orxan Abbasov müraciətlərdə qaldırılmış məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Əksər müraciətlər yerində həll edilib. Bəzilərinin icrası isə müvafiq qurumlara çatdırılması üçün nəzarətə götürülüb.

Görülən işləri müsbət qiymətləndirən Quşçu qəsəbə sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər