Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 23.10.2024-cü il tarixdə Çovdar kəndində vətəndaşların səyyar qəbulunu keçirib
Oktyabrın 23-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun növbəti səyyar qəbulu Çovdar kəndində olub. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov giriş nitqində Prezident cənab İlham Əliyevin milli maraqlara söykənən daxili və xarici siyasəti nəticəsində qalib ölkəmizdə bütün sahələr üzrə davamlı inkişafın əldə edildiyini, əhalinin rifah halının yüksəldiyini, Daşkəsən rayonunun da simasının müasirləşərək əhəmiyyətli dərəcədə dəyişdiyini və bu dəyişikliyin hər bir vətəndaşımızın həyatına müsbət təsir göstərdiyini bildirib. Həmçinin diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 11 fevral 2015-ci il tarixli Sərəncamı ilə hasilata başlayan “Çovdar” İnteqrə olunmuş Regional Emal Sahəsi hazırda Daşkəsən rayonunda və ərazidə işsizliyi aradan qaldırmaqla, ölkə iqtisadiyyatının qeyri-neft-qaz sektorunun inkişafına böyük töhfələr verir.
Sonra sakinlərin müxtəlif mövzularda müraciətləri dinlənilib. İcra başçısı Orxan Abbasov qaldırılan məsələlərin icrasına dair tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də araşdırılması və aidiyyəti üzrə çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Çovdar kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.