Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 2.10.2024-cü il tarixdə Yolqullar kəndində vətəndaşların səyyar qəbulunu keçirib

02 oktyabr 2024 | 16:41

Oktyabrın 2-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Yollqullar kənd sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda RİH-nin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov giriş nitqi ilə çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə  respublikamızda bütün sahələr üzrə qazanılan davamlı uğurlardan, həmçinin Daşkəsən rayonunda əhalinin sosial problemlərinin həlli, rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışıb.

Sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər kəndə qaz xəttinin çəkilməsi, yolların cari təmiri, işlə təmin olunma və digər şəxsi məsələlər barəsində olub.

İcra başçısı Orxan Abbasov qaldırılan məsələlərin həllinə dair aidiyyəti üzrə tapşırıqlar verib, o cümlədən sakinlərin sualları ətraflı cavablandırılıb. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də mərkəzi icra hakimiyyəti orqanları qarşısında qaldırılması üçün qeydiyyata götürülüb.

Qəbulda iştirak edən kənd sakinləri vətəndaşların problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər