Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 18.10.2024-cü il tarixdə vətəndaşların növbəti qəbulunu keçirib

18 oktyabr 2024 | 16:22

Oktyabrın 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun  rayon icra hakimiyyətinin inzibati binasında keçirdiyi qəbulda RİHBA-nın məsul əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbul zamanı icra başçısı Orxan Abbasov bir qrup rayon sakininin müraciət və təkliflərini dinləyib, qaldırılan məsələlərin icrasına dair aidiyyəti üzrə tapşırıqlarını verib. İcra strukturunun səlahiyyət dairəsinə aid olmayan müraciətlər isə nəzarət qaydasında qeydiyyata götürülüb.

Keçidlər