Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 18.09.2024-cü il tarixdə Almalı kəndində vətəndaşların səyyar qəbulunu keçirib
Sentyabrın 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Almalı kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.
Qəbulu giriş nitqi ilə açan icra başçısı Orxan Abbasov bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Daşkəsəndə bütün imkanlar nəzərə alınmaqla rayonun sosial-iqtisadi inkişafı, problemlərin həlli istiqamətində həyata keçirilən kompleks tədbirlər, əhalinin məşğulluğunun təmin edilməsinə və rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş məqsədyönlü işlər bundan sonra da davam etdiriləcəkdir.
Sonra sakinlərin fərdi qaydada müraciətləri dinlənilib.
Sakinlər kəndə gələn avtomobil yolunun cari təmir olunması, qaz xəttinin çəkilməsi, işlə təmin olunma və şəxsi məsələlər barədə müraciətlər ediblər.
İcra başçısı Orxan Abbasov sakinlərin müraciətləri ilə bağlı əlaqədar qurumlara tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də aidiyyəti üzrə çatdırılması üçün nəzarətə götürülüb.
Qəbulda iştirak edən Almalı kənd sakinləri problemlərinin həlli istiqamətində yerlərdə həyata keçirilən tədbirlərə, hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.