Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 16.10.2024-cü il tarixdə Qaratağlar kəndində vətəndaşların səyyar qəbulunu keçirib
Oktyabrın 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Qaratağlar kəndində keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.
İcra başçısı Orxan Abbasov giriş nitqində Prezident cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində aparılan məqsədyönlü quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrlə bağlı sakinlərə ətraflı məlumat verib. Vurğulayıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə suveren Azərbaycanın hər bir bölgəsində icra olunan bu cür tədbirlər əhalinin rifah halının daha da yaxşılaşdırılmasına, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət göstərir.
Sonra bir qrup kənd sakinin müraciət və təklifləri dinlənilib. İcra başçısı Orxan Abbasov qaldırılan məsələlərin həllinə dair aidiyyəti üzrə tapşırıqlar verib. Müraciətlərin bir qismi yerində həll edilib, icra strukturunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə nəzarət qaydasında qeydiyyata alınıb.
Qəbulda iştirak edən Qaratağlar kənd sakinləri onlara hər zaman göstərilən həssas münasibətə və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.