Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 11.10.2024-cü il tarixdə növbəti vətəndaş qəbulu keçirib

11 oktyabr 2024 | 14:32

Oktyabrın 11-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov RİHBA-nın məsul şəxslərinin, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə icra hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.

Bir qrup rayon sakininin müraciət və təkliflərini dinləyən icra başçısı Orxan Abbasov müraciətlərin icrasına dair aidiyyəti üzrə tapşırıqlarını verib. Qaldırılan məsələlərin bir qismi yerində həll edilib, bəzi müraciətlərlə bağlı izahatlar verilib, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarət qaydasında qeydiyyata götürülüb.

Keçidlər