Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 11.09.2024-cü il tarixdə Zivlan kəndində vətəndaşların səyyar qəbulunu keçirib

11 sentyabr 2024 | 15:07

Sentyabrın 11-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun növbəti səyyar qəbulu Zivlan kəndində olub. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən icra başçısı Orxan Abbasov bildirib ki, Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərərək problemlərin yerində həll olunması barədə tapşırıqları Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılır və vətəndaşlarla yerlərdə bu cür görüşlər mütəmadi olaraq keçirilir. İcra başçısı çıxışında Prezident cənab  İlham Əliyevin respublikanın bütün bölgələrinə olduğu kimi Daşkəsən rayonuna qayğısından söz açıb, həyata keçirilməsi nəzərdə tutulan layihələrdən bəhs edib.

Sonra Orxan Abbasov sakinlərin müraciətlərini dinləyib, qaldırılan məsələlərə dair aidiyyəti üzrə tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də müvafiq qurumlara çatdırılması üçün qeydiyyata  götürülüb.

Qəbulda iştirak edən Zivlan kənd sakinləri Daşkəsən rayonuna hər zaman göstərdikləri diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər