Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 09.10.2024-cü il tarixdə Rəsullu kəndində vətəndaşların səyyar qəbulunu keçirib

09 oktyabr 2024 | 18:04

Oktyabrın 9-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun növbəti səyyar qəbulu Rəsullu kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin  rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov görüşdə bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşlarla səyyar qəbulların keçirilməsində məqsəd sakinlərin müraciət və təklifləri ilə yerində tanış olmaq, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görməkdir. Rayon rəhbəri kənd sakinlərinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələr, həyata keçirilən tədbirlər barədə danışıb, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı üçün rayonda, o cümlədən ərazidə  görüləcək işlərdən söz açıb. Eyni zamanda sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verib, xidmətin əlçatanlıq və üstünlüklərini nəzərə çatdıraraq https://rih.gov.az/ platformasından yararlanmağı tövsiyə edib.

Bir qrup Rəsullu kənd sakinini dinləyən icra başçısı Orxan Abbasov müraciətlərin həllinə dair aidiyyəti üzrə tapşırıqlar verib. Müraciətlərin bir qismi yerində həll edilib, digərləri isə müvafiq qurumlara çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.

Qəbulda iştirak edən Rəsullu kənd sakinləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər