Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 04.10.2024-cü il tarixdə növbəti vətəndaş qəbulu keçirib

04 oktyabr 2024 | 15:39

Oktyabrın 4-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov RİHBA-nın məsul şəxslərinin, rayonun idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə icra hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edib.

Bir qrup rayon sakininin müraciət və təklifləri dinlənilib.

İcra başçısı Orxan Abbasov müraciətlərin icrasına dair aidiyyəti üzrə göstəriş və tapşırıqlarını verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll edilib, bəzi müraciətlərlə bağlı izahatlar verilib, araşdırılmasına ehtiyac olan müraciətlər isə müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Keçidlər