Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ZİNZAHAL KƏNDİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

27 aprel 2022 | 14:05

Aprelin 26-da Əhəd Abıyev rayonun ucqar dağlıq ərazisində yerləşən Zinzahal kəndində sakinlərin növbəti səyyar qəbulunu  keçirib. Səyyar qəbulda rayon Polis şöbəsinin rəisi Seymur Əfəndiyev, rayon prokuroru Şahin İmanov, DTX-nin rayon şöbəsinin rəisi Natiq Musayev, SHXÇDX-nin rayon bölməsinin rəisi Mirqasım Abbasov, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Zinzahal kənd sakinləri ilə görüşü giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə onları təbrik edib, keçirilən səyyar qəbulların məqsədinin yerlərdə mövcud problemlərin öyrənilməsi, vətəndaş müraciətlərinə həssas münasibət göstərməklə onların həlli üçün kompleks addımların atılması olduğunu qeyd edib, o cümlədən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan bütün sahələrdə uğurlu islahatlar və görülən işlər, həmçinin şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğı barəsində ətraflı məlumat verib.

Rayon rəhbəri ötən dövr ərzində Zinzahal kəndində xeyli abadlıq və quruculuq işlərinin aparıldığını, habelə Zağalı-Kollu avtomobil yolunun tikintisinin yüksək səviyyədə başa çatdırıldığını, həmçinin 56 şagird yerlik Zinzahal kənd tam orta məktəbinin modul tipli olmaqla yenidən inşa edildiyini diqqətə çatdırıb.

Daha sonra Əhəd Abıyev sakinlərdən istər şəxsi, istərsə də kəndin problemləri ilə bağlı müraciətrini etmələrini xahiş edib.

Sakinlə təbii qaz xəttinin və əlavə su borusunun kənddə çəkilməsinə, işlə təmin olunmağa, habelə digər şəxsi problemlərinin həllinə köməklik göstərilməsini xahiş ediblər.

Qaldırılan təklif və müraciətlərin həlli ilə əlaqədar Əhəd Abıyev aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. Müraciətlərin bir qismi yerində müsbət həll edilib, bir qismi də həlli araşdırılması üçün nəzarətə götürülüb.

Səyyar qəbuldan razı qalan Zinzahal kənd sakinləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək qarşıdangələn Ramazan bayramı münasibətilə onları təbrik ediblər.  

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər