Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev növbəti operativ müşavirəsini keçirib
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev növbəti operativ müşavirəsini keçirib
İyunun 2-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin sədrliyi ilə keçirilən müşavirədə RİH-nin işçiləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
İcra başçısı Əhəd Abıyev müşavirədə Dövlət Proqramlarında və Tədbirlər Planlarında icrası nəzərdə tutulan layihə və tədbirlərin digər qurumlarla qarşılıqlı formada rayon ərazisində vaxtında və keyfiyyətlə həyata keçirilməsinin vəziyyəti barədə məlumat verərək həllini gözləyən bir sıra məsələlərin nəzarətdə saxlanılmasını tapşırıb. Əhəd Abıyev bildirib ki, rayon ərazisində qanunsuz tikililər bir daha da müəyyənləşdirilməklə hüquqi tədbirlərin görülməsi davam etdirilməli, əmək intizamına nəzarət gücləndirilməli, azyaşlıların təhsilə cəlb olunması və yetkinlik yaşına çatmayanların erkən nikahının qarşısının alınması üçün bundan sonra da maarifləndirici və ciddi əməli tədbirlər aparılmalı, ev təsərrüfatlarının uçotu kitabının bütün bölmələri Statistika Komitəsinin elektron portalı ilə paralel olaraq dəqiqliklə işlənib hazırlanmalı, bir yaşayış məntəqəsində qeydiyyatda olan, lakin digər yaşayış məntəqəsində, o cümlədən xarici ölkələrdə yaşayan şəxslər barədə məlumatlar fərdi qaydada dəqiqləşdirilməli, vətəndaşların qeydiyyata alınması və təsərrüfatbaşına kitabların onlayn vəziyyəti diqqətdə saxlanmalıdır.
Operativ müşavirədə gündəlikdə duran digər məsələlər də geniş müzakirə və təhlil edilərək aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini