DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV AŞAĞI DAŞKƏSƏN KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB
Mayın 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev təsdiq edilmiş qrafikə uyğun olaraq Aşağı Daşkəsən kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Səyyar qəbulda rayon Polis şöbəsinin rəisi Seymur Əfəndiyev, DTX-nin rayon şöbəsinin rəisi Natiq Musayev, səhiyyə, təhsil, mədəniyyət və xidmət təşkilatlarının rəhbərləri, ərazinin icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Kənd sakinləri ilə səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illər Daşkəsən rayonunda həyata keçirilən tədbirlər barədə geniş məlumat verərək xeyli abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində ciddi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
İcra başçısı Əhəd Abıyev çıxında bildirib ki, ötən dövrlər ərzində Aşağı Daşkəsən kənd G.İsmayılov adına tam orta məktəbinin yararsız dam örtüyü dəmir lövhələrlə əvəzlənmiş, binasında cari təmir işləri aparılmış, uşaq bağçasının maddi-texniki bazası möhkəmləndirilmiş, kəndin fasiləsiz elektrik təchizatı təmin edilmiş, 2020-ci ildə Aşağı Daşkəsən kəndi qazlaşdırılmış və ən əsası isə sakinlərin məşğulluğunun artırılması istiqamətində təsirli tədbirlər həyata keçirilmişdir.
Qəbulda kənd sakinləri təhlükəli vəziyyət yaradan elektrik dirəklərinin dəyişdirilməsi, kəndə əlavə su xəttinin çəkilməsi, avtomobil yolunun təmiri və şəxsi məsələlərə dair müraciətlər ediblər.
Əhəd Abıyev müraciətlərin araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də baxılması üçün nəzarət götürülüb.
Görülən işləri müsbət qiymətləndirən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini