Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ALUNİTDAĞ QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB

04 may 2022 | 13:11

Mayın 4-də Daşkəsən rayon Alunitdağ qəsəbəsində keçirilən səyyar qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon Polis şöbəsinin rəisi Seymur Əfəndiyev, rayon prokuroru Şahin İmanov, DTX-nin rayon şöbəsinin rəisi Natiq Musayev, SHXÇDX-nin rayon bölməsinin rəisi Mirqasım Abbasov, rayonun idarə, müəssisə, təşkilatların, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Əhəd Abıyev qəsəbə sakinləri ilə görüşündə Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşmaqla, həmçinin şəhid ailələri və qazilərin sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi barədə tapşırıqlarının Daşkəsən rayonunda daim diqqət mərkəzində saxlanıldığını və ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə əsasən rayon ərazisində yerlərdə vətəndaşlarla səyyar qəbulların mütəmadi olaraq keçirildiyini bildirib. Eyni zamanda Əhəd Abıyev çıxışında vurğulayıb ki, şəhid ailələrimizə qayğı göstərmək və qazilərimizlə həmrəy olmaq bizim vəzifə borcumuzdur.    

Rayon rəhbəri ötən dövr ərzində Alunitdağ qəsəbəsində xeyli abadlıq və quruculuq işlərinin aparıldığını, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində bir sıra ciddi addımların atıldığını da diqqətə çatdırıb. O qeyd edib ki, son illərdə Alunitdağ qəsəbə tam orta məktəbi təmir edilib, qəsəbənin bütün çoxmərtəbəli yaşayış binalarının dam örtükləri yenisi ilə əvəzlənib, xeyir-şər evi təmir edilərək dam örtüyü dəyişdirilib, “Milli Su Təchizatı və Kanalizasiya Proqramı” layihəsi çərçivəsində qəsəbənin kanalizasiya sistemləri yenidən qurulub, əlavə içməli su xətti çəkilib, elektrik enerjisinin və təbii qazın fasiləsiz verilişi təmin olunub. Ən əsası isə vaxtilə mindən artıq işçinin çalışdığı “Alunit” istehsalat sahəsi yenidən işə salınacaqdır.

Daha sonra Əhəd Abıyev sakinlərin müraciətlərini dinləyib.

Qəsəbə sakinlərinin müraciətləri  rayon mərkəzindən qəsəbəyə gələn avtomobil yolunun təmiri və digər şəxsi məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həllinə dair Əhəd Abıyev aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də nəzarətə götürülüb.

Sakinlər yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən, problemlərinin həllində onlara yaxından köməklik olunmasından razılıq edərək hər zaman göstərdikləri diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavin

Keçidlər