Daşkəsən Rayon İcra hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Daşkəsən Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib. Bu məqsədlə, rayon İcra Hakimiyyətinin inzibati binasında RİH Başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, xidmət sahələrinin rəhbərlərinin birgə vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təkliflər dinlənilib.
Vətəndaşlar əsasən məşğulluq, ünvanlı dövlət sosial yardımının təyin olunmasına kömək eləcə də digər şəxsi və sosial müdafiə məsələləri ilə bağlı olub.
Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələr verildi.